Ulduz futbolçu “Real”a transfer olmaq istəyir

Baş səhifə

“Real Madrid” müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bir sıra ulduz futbolçular namizədlər arasındadır. İspaniya mətbuatının iddiasına görə, “Bavariya”nın futbolçusu Dayot Upamekano agentlər vasitəsilə “Real Madrid”ə təklif edilib. “Real”ın futbolçu barədə mövqeyi açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl “Real Madrid”in “Liverpul”un futbolçusu İbrahima Konateni transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Bildirilir ki, fransız müdafiəçinin müqaviləsinin mövsümün sonunda başa çatması “Real Madrid” üçün fürsət hesab edilir. “Real”ın Konate ilə ilkin əlaqə qurduğu və onu transferə razı saldığı iddia edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.