
“Qalatasaray”ın
futbolçusu Viktor Osimhenin zədəsi sağalmaq üzrədir.
Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk bu barədə açıqlama verib. O
bildirib ki, Osimhen komanda ilə məşqlərdə iştirak edir. Okan Buruk futbolçunun
ağrılarının olduğunu ifadə edib. Məşqçinin sözlərinə görə, ağrılar səngiyəndən
sonra Osimhen Türkiyə çempionatının növbəti oyunlarında iştirak edə bilər.
Məlumata
görə, “Qalatasaray” Osimhenin “Liverpul”a qarşı Çempionlar Liqası
oyununda meydanda olması üçün səy göstərir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

