1953-cü ildə göndərilən məktub 72 ildən sonra sahibinə çatdırıldı

Baş səhifə

1953-cü ildə ABŞ-də göndərilən açıqca 72 ildən sonra sahibinə çatdırılıb.

Metbuat.az xəbər verir ki, açıqca 1953-cü ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı binasında poçt markası ilə möhürlənib. Həmin vaxt qatarla Ottavadan Nyu-Yorka gedən Alan Ball adlı yeniyetmə Puerto Rikoya uçmaq üçün təyyarəyə minmək üzrə olub. Yola düşməzdən əvvəl o, ailəsini xəbərdar etmək üçün BMT-nin yeni tikilmiş binasından açıqca göndərərək, “Mən Nyu-Yorka qədər gəldim” mesajını qeyd edib. Ancaq itkin düşən məktub ailəsinə çatmayıb. Açıqca indi İllinoys ştatının Ottava poçtuna gəlib.

Poçt işçiləri, Ball ailəsinin artıq həmin ünvanda yaşamadığını müəyyən edərək, araşdırmaya başlayıb. Poçt işçilərinin səyi nəticəsində açıqca illər sonra Alan Ballın özünə təqdim edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.