Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk yarısında Azərbaycandan Özbəkistana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkil
edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 400 min
ABŞ dolları və ya 15,1% azdır.

Məlumatlara əsasən, Özbəkistanın həmin dövrdə Azərbaycanın
xaricə göndərdiyi ümumi pul köçürmələrində payı 0,7% olub.




Cari ilin ilk yarısında Özbəkistandan Azərbaycana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 5,9 milyon ABŞ dolları təşkil
edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,2 milyon
ABŞ dolları və ya 25% çoxdur.

Məlumatlara görə, Özbəkistanın həmin dövrdə Azərbaycana xaricdən
gələn ümumi pul köçürmələrində payı 1,1% təşkil edib.

2024-cü ilin ilk yarısında Özbəkistandan Azərbaycana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 4,7 milyon ABŞ dolları olub.

2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə fiziki şəxslərin
pul köçürmələrinin ümumi həcmi 238,180 milyon ABŞ dolları təşkil
edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 21,420 milyon
ABŞ dolları və ya 8,2% azdır.