
Bakı. Trend:
Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü
katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və
biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və
çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.
Trend xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin
təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,
maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes
Forumuna müraciətində yer alıb.
“İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın
dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni
imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni
təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək”,- deyə müraciətdə
vurğulanır.