
Bakı. Trend:
“Barselona”nın yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan
çıxıb.
Trend xəbər verir ki, 21
yaşlı futbolçu medial menisk zədəsini aradan qaldırmaq üçün
artroskopiya əməliyyatı keçirib. Bərpa müddətinin təxminən 4-5 ay
davam edəcəyi gözlənilir.
Daha əvvəl futbolçu eyni dizindən çarpaz bağların qopması
səbəbindən təxminən bir il meydana çıxa bilməmişdi.