
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Qlobal
İnkişaf Təşəbbüsü üzrə Yüksək Səviyyəli Görüşdə çıxış edib.
Trend xəbər verir ki, nazir
çıxışında Azərbaycan ilə Çin arasında mövcud olan uzunmüddətli
dostluq münasibətlərinin bu yaxınlarda hərtərəfli strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və Azərbaycanın
Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik
Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və yeni elan edilmiş
Qlobal İqlim Təşəbbüsünə dəstəyini bir daha ifadə edib.
Nazir qeyd edib ki, bu təşəbbüslər dünya miqyasında sülhün,
sabitliyin və ortaq rifahın təşviqinə xidmət edir.
Ceyhun Bayramov, həmçinin Azərbaycanın regional əməkdaşlıqda
etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizləri, xüsusilə də Çin və Mərkəzi
Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz kimi transformativ
layihələr vasitəsilə sülhə, əlaqəliliyin artırılmasına və davamlı
inkişafa verdiyi töhfələri diqqətə çatdırıb.

