Daşkənd BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyir

Baş səhifə

Özbəkistan müasir çağırışlar və təhdidlərə qarşı daha effektiv mübarizəyə imkan verməsi baxımından BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini dəstəkləyir.

Metbuat.az-ın məlumatına görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının 80-cı sessiyasının ümumi siyasi müzakirəsində çıxışı zamanı bildirib.

“Biz Baş katib Antoniu Quterreşin BMT-ni mürəkkəb və kəskin qlobal məsələlər üzrə kompromis qərarların əldə edilməsi üçün əsas platforma kimi qorumaq səylərini yüksək qiymətləndiririk. Müasir çağırış və təhdidlərlə daha səmərəli mübarizə aparmaq, inkişaf etməkdə olan dövlətlərin maraqlarını qorumaq məqsədilə BMT Təhlükəsizlik Şurasının tərkibinin transformasiyası və genişləndirilməsini də dəstəkləyirik”, – deyə Ş. Mirziyoyev bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir