
Bakı. Trend:
Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin
kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu
barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat
yayıb.
Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın
hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Haxzırda mərkəz
istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək
üçün zəruri tədbirlər görülür.