Milli Məclisin deputatı Avstraliyada kosmos sənayesinə dair çıxış edəcək

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika
Federasiyasına üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin
toplantısında, həmçinin Beynəlxalq Astronavtika Konqresində iştirak
etmək üçün sentyabrın 25-də Avstraliyanın Sidney şəhərinə səfər
edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə fövqəladə hallar, ekoloji fəlakətlər
kimi qlobal problemlərin idarə olunmasında və risklərin
azaldılmasında kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə kosmik
tətbiqlər və digər mövzular müzakirə ediləcək.

Burada deputatın “Dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsində
kosmos sənayesinin rolu” mövzusunda çıxışı gözlənilir.

Qeyd edilib ki, səfər oktyabrın 2-də başa çatacaq.