
Bakı.Trend:
Bakıda Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi və Müstəqil Dövlətlər
Birliyinin Dövlətlərarası Statistika Komitəsinin birgə
təşkilatçılığı ilə 2025-ci il 24-26 sentyabr tarixlərində Bakı
şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq
layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu
keçirilir.
Trend xəbər
verir ki, forum 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksək
səviyyəli nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət
nümayəndələrinin və ekspertlərin iştirakı ilə baş tutur.
Bildirilib ki, forum dövlətimizin beynəlxalq imicinin
möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf
etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın
genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və
siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi
baxımından əhəmiyyətlidir.