
Bakı. Trend:
Akademik Topçubaşovun adının dünya miqyasında tanınması
Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir.
Trend xəbər verir ki, bunu
səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130
illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış eddən zaman
bildirib.
Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri
xüsusilə vurğulayan nazir bildirib: “Cərrahların Lissabonda
keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov
Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli
alimin simasında dünya miqyasında Azərbaycan cərrahiyyə elminə
verilən yüksək dəyərdir”.
Diqqətə çatdırılıb ki, akademikin “Analgezin” adlı ağrıkəsici
kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib:
“Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi “Bakı
neftinin müharibədə tanklara verdiyi töhfəyə” bənzətmişdir”.

