
Bakı. Trend:
Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin
etik davranış Qaydaları” təsdiq edilmişdir.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat
yayıb.
Bildirilir ki, bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində
işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə,
vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının
artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər
iştirakçıları arasında münasibətlərin idarə olunmasına,
təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin
fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və
maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan
ibarətdir:
“Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr – Beynəlxalq
Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri
təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi
nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul
yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə
qadağan edilir”.
“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində bütün təhsil
işçilərini təbrik edir, bu şərəfli və məsuliyyətli işdə hər
birinizə uğurlar arzulayırıq!”