Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baş səhifə

Bakı. Trend:

Xalq Bank XalqOnline
mobil və internet bankçılıq sistemində investisiya xidmətini
müştərilər üçün əlçatan etdi. Artıq XalqOnline istifadəçiləri olan
fiziki və hüquqi şəxslər mobil tətbiq vasitəsilə investisiya
imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli
çıxış əldə edəcəklər.

Xidmətdən yararlanmaqla müştərilər investisiya hesabı açaraq
Bakı Fond Birjası tərəfindən daxili bazar üçün təqdim olunan
qiymətli kağızların alqı-satqısını həyata keçirə və invesitiya
portfellərini mobil tətbiq üzərindən rahatlıqla idarə edə bilərlər.
Çevik idarəetmə paneli ilə istifadəçi ilkin və təkrar bazarda
satılan qiymətli kağızlar və məlumatları ilə tanış olub alışı icra
edə bilir. Eyni zamanda istifadəçi müvafiq bölmədə öz mövcud
qiymətli kağız portfelini izləyərək istədiyi qiymətli kağızları
satmaq üçün əməliyyatı reallaşdıra bilər.

XalqOnline vasitəsilə investisiya xidməti ilə aşağıdakı
üstünlükləri təqdim edir:

Rəqəmsal və asan qeydiyyat prosesi – istifadəçilər XalqOnline
tətbiqinə daxil olmaqla rahatlıqla qeydiyyatdan keçə və investisiya
hesabı aça bilərlər.

Real vaxt rejimi – istifadəçilər bazardakı qiymət təkliflərini
real vaxtda izləyərək əməliyyatları dərhal icra edə bilərlər.




Etibarlı və təhlükəsiz əməliyyat mühiti – XalqOnline tətbiqində
ən yüksək təhlükəsizlik tədbirləri təmin edilir və müştərilərin
maliyyə məlumatları və əməliyyatları tam şəkildə qorunur.

Tam inteqrasiya olunmuş investisiya platforması – bütün
əməliyyatlar bir platforma üzərindən idarə olunur. Bu,
istifadəçilərə investisiya, alqı-satqı və portfel idarəetməsini
asanlıqla reallaşdırmağa imkan verir.

Müasir və funksional XalqOnline mobil tətbiqi hər kəs üçün
əlçatandır — tətbiqi “App Store”, və ya “Google Play”
platformalarından yükləmək mümkündür.

Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının Mərkəzi
Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına
əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə
verilən ilk bankdır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir