
Bakı. Trend:
Türkiyədə miqrantlardan Türkiyə vətəndaşlığı almaq adı ilə pul
yığan mütəşəkkil dəstəni ifşa edilib. Əməliyyatlar mərkəzi İstanbul
olmaqla 19 vilayətdə əlaqələndirilmiş şəkildə həyata keçirilib və
106 şübhəli saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz “X”
səhifəsində məlumat bölüşüb.
Məlumata görə, saxlanılan şübhəli şəxslər, cinayət törətmək
məqsədilə mütəşəkkil dəstə yaratmaqda, miqrant qaçaqmalçılığında,
çirkli pulların yuyulmasında, dələduzluqda, rəsmi sənədlərin
saxtalaşdırılmasında ittiham olunurlar.
Mütəşəkkil dəstəyə aid olan aktivlərə o cümlədən 1240 mənzilə,
47 avtomobilə və 65 torpaq sahəsinə, eləcə də bank hesablarına həbs
qoyulub.