İmişlidə narkokuryerlik edən iki nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov
rayon ərazisində saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onlardan
8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.




Bildirilir ki, saxlanılan şəxslər sosial şəbəkələrdə tanış
olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul
müqabilində narkokuryerlik etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, F.Səlimov və A.Süleymanov
barəsində həbs qətimkan təbiri seçilib.