
Bakı. Trend:
Dünyanın ən mötəbər futbol birinciliyində komandaların sayı
əhəmiyyətli dərəcədə artırıla bilər.
Trend bu barədə
xarici KİV-ə istinadə xəbər verir.
Məlumata görə, Beynəlxalq Futbol Federasiyaları Assosasiyası
(FİFA) 2030-cu ilin dünya çempionatında iştirakçı ölkələrin sayını
64-ə çatdırmağı planlaşdırır.
Belə olacağı halda mötəbər futbol turniri hər birində 4 milli
yığma olan 16 qruplu formatda keçiriləcək. Hər qrupdan pley-offa
əvvəlki kimi 2 ən yaxşı komanda çıxacaq.