
Bakı. Trend:
Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan
vilayətində sərnişin avtobusu aşıb.
Trend-in
məlumatına görə, bunu İranın İsfahan vilayəti Təcili Yardım
Mərkəzinin sözçüsü Abbas Abedi yerli mediaya açıqlamasında
deyib.
Onun sözlərinə görə, Nain-Ərdestan magistral yolunda Həmədan
vilayəti istiqamətində hərəkət edən sərnişin avtobusunun 3
sərnişini ölüb, 25 nəfər isə yaralanıb.
Abdei bildirib ki, hadisə yerinə 6 təcili yardım maşını cəlb
olunub, yaralılar tibb mərkəzlərinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.