Tramp müharibəni dayandıra bilsə, Ukrayna onu namizəd irəli sürəcək

Baş səhifə

Ukrayna ABŞ prezidenti Donald Trampı Rusiya ilə müharibəni dayandıra bilsə, Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

“Trampın bu müharibəni bitirmək şansı var və o, bunu edə bilsə, mən tam əminəm ki, bütün ukraynalılar onun namizədliyini məmnuniyyətlə müdafiə edəcək”, – Ukrayna prezidenti Trampla danışdıqdan sonra bildirib.

Trampın özü “Kiyev onun namizədliyini irəli sürə bilərmi” sualına “Niyə də olmasın?” deyə cavab verib.