
Ağdam. Trend:
Ötən gün mina partlaması nəticəsində həyatını itirən Gizir Xanı
ləqəbi ilə tanınan Səyyaf Əhmədovun meyti ailəsinə verilib.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, mərhum Səyyaf Əhmədovla yaşadığı
Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi
keçirilir.
Qeyd edək ki, dünən Ağdam rayonunda mina hadisəsi baş
verib.
Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,
Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində
2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ci
il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu
minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı
nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma
aparılır.