
Bakı. Trend:
Bu ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 2,242 milyon ABŞ dolları təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ilin eyni dövrü ilə müqayisədə 537 min ABŞ dolları və ya
19,3% azdır.
Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində Polşanın payı 0,9% təşkil edib. Bununla da sözügedən
ölkə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında 18-ci
yerdə qərarlaşıb.
Həmçinin cari ilin ilk 6 ayında Polşadan Azərbaycana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 2,256 milyon ABŞ dolları olub
ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 542
min ABŞ dolları və ya 31,6% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
Polşanın payı 0,4% təşkil edib. Bununla da Polşa dövr ərzində
Azərbaycana ən çox pul daxilolmaları üzrə 19-cu pillədə
qərarlaşıb.
2024-cü ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 2,779 milyon ABŞ dolları, əks
istiqamətdə isə 1,714 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları
və ya 8,2% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki
göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6%
azdır.