
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 271 ton mis
konsentratı istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrü
ilə müqayisədə 2 159 ton və ya 20,3 dəfə artıb.
Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 112 ton
mis konsentratı istehsal edilmişdi.
Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə ölkədə hazır mis
konsentratı ehtiyatının miqdarı 179,5 ton olub.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda mədənçıxarma
sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalıb.