
Bakı. Trend:
Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar səviyyəsində
əməkdaşlıq edir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Milli
Assambleyasının sədri Ana Brnabiçlə birgə keçirdiyi mətbuat
konfransında deyib.
O qeyd edib ki, bu gün Azərbaycan və Serbiya beynəlxalq
təşkilatlar səviyyəsində də əməkdaşlıq edir.
“Bugünkü görüşdə parlamentlərimiz arasındakı əlaqələrə dair də
müzakirələr apardıq.
Ötən dövr ərzində parlament sədrlərinin, ayrı-ayrı nümayəndə
heyətlərinin səfərləri əəlaqələrimizin inkişafına öz töhfəsini
verib.
Nümayəndə heyətlərimiz hər zaman təmasdadır”.

