“TikTok”da əxlaqsızlığın təbliğ edən qadın 3 il müddətinə azadlıqdan məhrum edilib

Baş səhifə

Bakı. Trend:

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən
əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində
olan cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
məhkəmə istintaqı yekunlaşıb.

Daha sonra dövlət ittihamçısı çıxış edib və təqsirləndirilən
şəxsin 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilməsini istəyib.




Daha sonra hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1
(Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr
və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə
ittiham irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir