
Laçın. Trend:
Qarabağda bütün əraziləri əhatə edən müəyyən müəssisələr
yaradılmalıdır.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Laçın
rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər
üzrə İşçi qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, artıq prespektiv addımlar atılmalıdır:
“Bunlardan biri məişət və tikinti tullantılarının poliqonu
məsələsidir. Gələcək üçün bütün ərazilər üzrə mobil əraziləri əhatə
edən tullantıları idarə edən müəssisələr yaxud sxemlər
yaradılmalıdır”