
Bakı. Trend:
FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət
komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat
alıb.
Trend AFFA-ya istinadən xəbər
verir ki, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika –
Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç –
Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi
fəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada
keçiriləcək.