
Bakı. Trend:
Bu ilin avqust ayında Azərbaycan istifadəçilərinin “İnstagram”
sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 8,69 faiz bəndi
artaraq, 42,7 faiz təşkil edib.
Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadən
xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabat
ayında bu platformanın payı aylıq ifadədə 0,97 faiz bəndi azalaraq,
30,76 faizə çatıb.
Siyahıda üçüncü yerdə 10,27 faizlə “YouTube” gəlir (əvvəlki ayla
müqayisədə 5,04 faiz az).
 
Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi
gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,91 faiz bəndi
azalaraq, 6,15 faiz təşkil edib.
“X” media platforması 7,2 faizlə Azərbaycanın sosial şəbəkələr
bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində
0,1 faiz artım).
Reytinqdə altıncı yeri 1,65 faiz göstərici ilə “Linkedin” tutub
(əvəlki ayla müqayisədə 0,47 faiz çox).
Digər sosial şəbəkələrin payı 1,28 faiz təşkil edib.

