Arıçı: Kəlbəcər balının dünya bazarına çıxması üçün əlimizdən gələni edəcəyik

Baş səhifə

“Sevindirici haldır ki, biz bu gün doğma Kəlbəcərdə öz məhsullarımızı sərgiyə çıxarırıq”.

APA xəbər verir kli, bunu kəlbəcərli arıçı Nemət Salmanov deyib.

Kəlbəcərin Keşdək kəndində doğulduğunu deyən N.Salmanov bir neçə ildir burada təsərüfat yaratdığını bildirib: “İlk dəfədir ki, məhsulumu festivalda sərgiləyirəm. Arzu edirəm ki, Kəlbəcər balı ölkəmizlə yanaşı dünya bazarlarında da öz yerini tutsun. Bunun üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Bu günü bizə yaşadan Prezidentimizə uzun ömür, can sağlığı arzulayıram. Allah əziz şəhidlərimizə rəhmət diləyirəm. Həmçinin Allah qazilərimizə can sağlığı versin”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir