
Moskvada N. N. Burdenko adına Hərbi Hospitalın yaxınlığında xarici istehsal olduğu ehtimal edilən qumbara aşkar edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, ərazi mühasirəyə alınıb, qumbaranın zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerində işləyirlər.
Qumbaranı hərbi kliniki xəstəxananın nəzarət-buraxılış məntəqəsinin yaxınlığında darvazaçı aşkar edib.