
Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Amerikanın Xarici Siyasəti
üzrə Milli Komitəsi Nyu Yorkda Çin hökumətinin Avropa məsələləri
üzrə nümayəndəsi ilə müzakirə təşkil edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Amerikanın Xarici Siyasəti
üzrə Milli Komitəsi (NCAFP) Çin hökumətinin Avropa məsələləri üzrə
Xüsusi Nümayəndəsi, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə sabiq
Baş katib müavini Səfir Vu Honqbo ilə görüş keçirib.
Görüşün əsas məqsədi aparıcı qlobal geosiyasi çağırışlar barədə
qapalı müzakirə aparmaq, Hind-Sakit okean və Avropa təhlükəsizlik
prioritetlərinin kəsişmə nöqtələrini araşdırmaq, həmçinin davamlı
dialoq və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub.
Müzakirələr zamanı ABŞ-Çin münasibətləri, eləcə də Çin-Avropa
İttifaqı münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik
aspektləri əsas diqqət mərkəzində olub.
Qeyd edək ki, Səfir Vu Honqbo görüşdə Çin hökumətini təmsil edib
və 34-cü Ali Səviyyəli Toplantıda çıxışçı qismində iştirak
etməkdədir.