Universitetlər liderliyi formalaşdırır və təhsil sahəsində islahatlara təsir göstərir – Nazarbayev universitetinin prorektor müavini

Baş səhifə

Bakı. Trend:

Universitetlər liderliyi formalaşdırır və təhsil sahəsində
islahatlara təsir göstərir.

Trend xəbər verir
ki, bunu Nazarbayev Universitetinin akademik planlaşdırma və büdcə
üzrə prorektorunun müavini Aida Saqintayeva Bakıda keçirilən
Avrasiya Universitetlərinin Sammitində bildirib.

O, ali təhsil ocaqlarının rəhbərlərinin peşəkar inkişafının
vacibliyini vurğulayıb və effektiv liderliyin formalaşdırlması və
təhsil siyasətinə dəstək məqsədilə universitetlərin tədqiqatlara
cəlb olunmasının zəruri olduğunu bildirib.




Saqintayeva yüksək vəzifəli inzibatçıların o cümlədən, prorektor
və dekanların idarəetmə və peşə bacarıqlarının möhkəmləndirilməsinə
yönəlmiş universitet proqramlarını da qeyd edib.

“Biz universitet rəhbərləri üçün idarəetmə, strateji menecment,
maliyyə, kadrlar, marketinq və digər mühüm bacarıqları əhatə edən
proqram hazırlamışıq”,- deyə o vurğulayıb.

Artıq 500-dən çox universitet rəhbəri təlim keçib və onların
çoxu nazirliklərdə və digər qurumlarda rəhbər vəzifələrə təyin
olunaraq əldə etdikləri bilikləri praktikada tətbiq edir,
islahatlar həyata keçirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir