Azərbaycanda Texnologiya Ehtiyaclarının Qiymətləndirilməsi ilə bağlı müzakirə keçirilib

Baş səhifə

Bakı. Trend:

24 sentyabr 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər
Nazirliyində iqlim dəyişmələri sahəsində “Azərbaycanda Texnologiya
Ehtiyaclarının Qiymətləndirilməsi” layihəsinə həsr olunmuş müzakirə
təşkil olunub.

Trend
xəbər verir ki, layihə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası və Paris Sazişindən irəli gələn öhdəliklərin icrası
məqsədilə Qlobal Ekologiya Fondu və BMT-nin Ətraf Mühit Proqramının
dəstəyi ilə həyata keçirilir. Məqsəd ölkələrin iqlim dəyişikliyi
ilə mübarizədə prioritet texnologiya ehtiyaclarını müəyyənləşdirmək
və gələcək maliyyə-texniki əməkdaşlığa zəmin yaratmaqdır.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra
Tağıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova,
Dövlət Su Ehtiyatları Agentliyininin Aparat rəhbərinin müavini
Ülviyyə Məmmədova, BMT-nin İnkişaf Proqramının Kopenhagen İqlim
Mərkəzinin nümayəndəsi Matilda Briks Pedersen, Mərkəzin regional
eksperti Ala Druta, eləcə də aidiyyəti dövlət qurumlarının
nümayəndələri, eyni zamanda beynəlxalq tərəfdaşlar, donor
təşkilatları, akademik və tədqiqat sahəsində çalışan mütəxəssislər,
vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələri
iştirak edir.




Müzakirələrdə su, kənd təsərrüfatı, enerji, torpaq ehtiyatları,
meşəçilik üzrə iqlim siyasəti ilə uzlaşdırılmış plan və proqramlar
təqdim olunub.

Qeyd edək ki, 2025–2027-ci illərdə həyata keçiriləcək layihə
Azərbaycan da daxil olmaqla 17 ölkəni əhatə edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir