
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunda Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil olunub.
Metbuat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, tədbirdə BŞİH rəhbərliyi, əməkdaşları, struktur bölmələrin işçiləri və RİİB-in könüllüləri iştirak ediblər.
Əvvəlcə ərazi tullantılardan təmizlənib, daha sonra Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Aksiya Bakı şəhərində quraqlığa davamlı bitkilərin və yerli iqlimə uyğun ağac-kolların əkilməsi, ekoloji tarazlığın bərpası və ərazinin abadlaşdırılması istiqamətində aparılan işlərin davamı kimi həyata keçirilib.
Əkilən ağacların suvarılması və qulluq məsələləri də əvvəlcədən həll olunub, bunun üçün cavabdeh şəxslər müəyyən edilib. Mövsüm ərzində paytaxtda yaşıllaşdırma, abadlıq və yaşıllıqlara qulluq işlərinin davam etdirilməsi nəzərdə tutulur.