Nəsimi festivalı şairin doğma diyarı Şamaxıda davam edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü
dahi şairin doğma yurdu Şamaxıda davam edir.

Trend xəbər verir ki, ilk
dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival tanınmış
və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə
İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla
başlayıb.

Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi
Alətləri Ansamblının müşayiəti ilə xanəndələr Alim Qasımov, Fərqanə
Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları
səslənib, qiraətçilər Mehriban Zəki, Xalidə Quliyeva, Xəzər
Süleymanlı, Qasım Nağı, Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə
Süleymanlının təqdimatında şeirlər oxunub.




Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi – şeir, mənəviyyat və
incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri
olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək
şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin
şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu
gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır.

Fesitval axşam saatlarında bədii proqram və “Nəsimi dastanı”
baletinin yeni quruluşda təqdimatı ilə davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir