Elm və təhsil naziri Macarıstanın mədəniyyət və innovasiya naziri ilə görüşüb

Baş səhifə

Sentyabrın 24-də elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.