
Bakı. Trend:
Ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri
Ana Brnabiçin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də
Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər
düzüb.
Trend xəbər
verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da
məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin
azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları
üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil
qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara
Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən
abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini
Ziyafət Əsgərov digər rəsmi şəxslər müşayiət ediblər.