Azərbaycan və Dünya Bankı enerji əməkdaşlığını genişləndirmək imkanlarını dəyərləndiriblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq
çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq
imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.




Belə ki, Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi
Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ənənəvi və bərpa olunan enerji, elektroenergetika
infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı
olduğu “yaşıl enerji” dəhlizləri və digər potensial layihələr
nəzərdən keçirilib. Layihələrin digər beynəlxalq maliyyə
institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və
gələcək potensialı müzakirə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir