FİFA penalti ilə bağlı qaydaları dəyişir

Baş səhifə

Bakı. Trend:

FİFA penalti zərbələri ilə bağlı köklü qayda dəyişikliyi həyata
keçirmək niyyətindədir. Belə ki, gələcəkdə penaltilərdə qapıçının
topu dəf etdiyi hallarda,rəqib oyunçular əlavə zərbə endirə
bilməyəcəklər və qapıdan zərbə təyin olunacaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bu dəyişikliklə, penalti zamanı digər futbolçuların cərimə
meydançasının ətrafında düzülməsi və xətt pozuntusu edənlərə sarı
vərəqə göstərilməsi tətbiqi də aradan qaldırılacaq.




FİFA-nın prezidenti Canni İnfantino, Hakimlər Komitəsinin
rəhbəri Pyerluiçi Kollina ilə məsələni müzakirə edib və dəyişikliyə
dair razılıq əldə olunub.

Sözügedən qaydanın 2026–2027 mövsümündə tətbiq edilə bilməsi
üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının təsdiqi tələb
olunur. Yeni qaydalar yalnız IFAB təsdiq etdikdən sonra qüvvəyə
minəcək.