Albaniya Prezidenti Ermənistanla əldə olunmuş sülhə görə Prezident İlham Əliyevə təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan
Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək
istəyirəm.

Trend xəbər
verir ki, bu sözləri Albaniya Prezidenti Bayram Beqay BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik
yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə
çıxışı zamanı deyib.

“Bu onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və
əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların
dəstəyi ilə həll edilə bilər”, – deyə Albaniya Prezidenti
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir