
“Mançester Siti”nin futbolçusu Erlinq Holannın klubu tərk edə biləcəyi barədə iddialar dərc edilib.
Metbuat.az xəbər verir ki, “Mançester Siti” uğurlar əldə edə bilməsə futbolçu mövsümün sonunda başqa kluba transfer ola bilər. “Football Insider”də dərc edilən xəbərə görə, “Barselona” klubu futbolçunun xidmətində maraqlıdır. Xəbərdə deyilir ki, “Mançester Siti” 170 milyon avroya transferə razılıq verə bilər.
Qeyd edək ki, Erlinq Holannın müqaviləsində onun İspaniya klublarına transferini asanlaşdıracaq bəndin olduğu iddia edilib.
Erlinq Holann bu mövsüm “Mançester Siti”nin heyətində 10 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

