Tramp Netanyahunun İordan çayının qərb sahilini ilhaq etməsinə imkan verməyəcəyini deyib

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının gedişatında ərəb və müsəlman liderlərlə baş tutan görüşü zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun İordan çayının Qərb sahilini ilhaq etməsinə imkan verməyəcəyini vəd edib.

APA xəbər verir ki, “Politico” bu barədə müzakirədə iştirak edən mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tramp bu mövzuda qətiyyətli olub və İsrailə Fələstin Muxtariyyəti tərəfindən idarə olunan Qərb sahilini ələ keçirməyə icazə verilməyəcəyini vəd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir