
Bakı. Trend:
Amerikanın iri avtokonserni olan “Ford” Amerika Birləşmiş
Ştatlarında 115,5 min avtomobili geri çağıracaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Geri çağırılmaya səbəb sükan sistemində ortaya çıxan
nasazlıqdır.
Bu qərar 2020 və 2021-ci illərdə istehsal olunmuş “F-250”,
“F-350” və “F-450” modellərinə şamil olunacaq. Tənzimləyicinin
bildirdiyinə görə, aşkarlanan nasazlıq hərəkət zamanı sükanın
yuxarı valının yerindən çıxmasına və nəticədə nəqliyyat vasitəsində
idarəetmənin itirilməsinə səbəb ola bilər.
“Ford” geri çağırılan avtomobillər üçün pulsuz təmir və nasaz
avadanlığın təmənnasız olaraq dəyişdirilməsini həyata
keçirəcək.