Bakıda pərakəndə ticarət dövriyyəsi 4% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində pərakəndə ticarət
dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4
faiz artaraq 23,555 milyard manat olub.

Bu barədəTrend Bakı şəhər Statistika İdarəsinə istinadən
xəbər verir.




Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,
içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust
ayları ilə müqayisədə 3,7 faiz artaraq 12,956 milyard manata,
qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10,599 milyard manat
olub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust
aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr
üzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz
artıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu
müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət
obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında
satılıb.