Xaçmazda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr
– Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti
olaraq ağacəkmə aksiyası təşkil olunub.

Trend xəbər
verir ki, Xudat–Nabran yolunun kənarında keçirilən aksiyada Rayon
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə
orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə
və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri,
bələdiyyələr və könüllü gənclər iştirak ediblər.




Aksiya zamanı magistral yolun kənarında 500-dən çox şam ağacı
əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib və
suvarılması təmin olunub.