
Bakı. Trend:
Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq
nümunədir.
Trend-in
məlumatına görə, bu sözləri Türk Dövlətləri Təşkilatının
Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının
80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında:
Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin
paytaxtı Ankarada toplantı keçirəcək. “Bu, regional oyunçuların
qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta
Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət,
iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC,
TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya
birləşdirir”.
O bildirib ki, Ermənistan – Azərbaycan münasibətləri sabitlik və
əməkdaşlıq üçün yeni səhifə ola bilər: “Bu nailiyyət təkcə milli
maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi
inkişafa yol açır.

