Gürcüstanın sabiq XİN rəhbəri: Azərbaycan ən yaxşı nümunələrdən biridir

Baş səhifə

“Regionumuzda baş verənlər, orta gücə malik dövlətlərin artan rolu və Azərbaycanın bu diskursun bir parçasına çevrilməsi göstərir ki, qlobal dəyişikliklər üçün daha geniş koalisiya və müxtəlif aktorların birgə öhdəliyi lazımdır”.

APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gürcüstanın sabiq xarici işlər naziri Eka Tkeşelaşvili Azərbaycan mediasına açıqlamasında bildirib.

Tkeşelaşvili deyib ki, BMT-də islahatlar yalnız ABŞ-dan asılı deyil, bütün qlobal aktorların mövqeyi ilə bağlıdır. Bu, kollektiv fəaliyyət tələb edir.

“ABŞ-ın islahat üçün göstərdiyi təşəbbüs elə bir platforma yarada bilər ki, BMT daha güclü, effektiv və səmərəli quruma çevrilsin. Beləliklə, biz də qlobal nizamın qorunması üçün həqiqi çoxtərəfli mexanizmə sahib olaq. BMT qlobal təşkilatdır və belə bir dəyişiklik üçün təcrübə və imkan onun özündə mövcuddur. Amma məsuliyyət yalnız bir neçə böyük gücün deyil, bütün ölkələrin üzərinə düşür. Bu, həm suveren qərarlarımız, həm də qurduğumuz koalisiyalar və tərəfdaşlıqlar vasitəsilə həyata keçirilə bilər. Bu baxımdan Azərbaycan buna ən yaxşı nümunələrdən biridir”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir