Prezident İlham Əliyev Nyu-Yorkda “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya
idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi,
sədri və baş icraçı direktoru Bayo Oqunlesi ilə görüşü olub.

Trend xəbər verir
ki, görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq
imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional
iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.

Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası
Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu
tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli
dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayəni səmərəli
əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı,
həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi
və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin
gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını dedi.

Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və
dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində
uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını
vurğuladı. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və
rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı
dərinləşdirməkdə maraqlı olduğunu bildirdi.

Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı
ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları
məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London,
Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri
fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət
etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-da bu sahədə
aparıcı şirkətlərdən biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir