Həbsdə olan Əhmədzadə ailəsindən bunu istədi

Baş səhifə

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iş adamı Adnan Əhmədzadənin istintaqı davam edir.

Metbuat.az-ın məlumatına görə, A.Əhmədzadənin vəkili Şaiq Mirzəyev “TV Müsavat”a açıqlama verib.

O, müvəkkilinin saxlanma şəraiti ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib:

“İnsanı baxımdan yeməyi-içməyi hər şey var. Şəxsi əşyalardır, pal-paltardır oxuduğu kitabdır – Qurandır belə şeyləri istəyib. Ailəsi də qanuna uyğun olaraq sovqat şəklində ona çatdırıb. Həftənin müəyyən günləri təqdim edilir. Adnan Əhmədzadənin mövqeyi isə odur ki, istintaq obyektiv və hərtərəfli aparılmalıdır və o da öz növbəsində normal suallara düzgün cavab verəcək”.

Zaur Əliyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.