Suriya İsraillə münaqişəni həll etmək üçün diplomatik dialoqdan istifadə edir

Baş səhifə

Bakı. Trend:

Suriya 1974-cü ildə İsrail və Suriya qüvvələrinin Colan
Təpələrində döyüşdən çıxarılmasına dair razılaşmaya sadiqdir və
Israil ilə fikir ayrılıqlarını aradan qaldırmaq üçün diplomatik
vasitələrdən istifadə edir.

Trend-in
məlumatına görə, bu barədə Ərəb Respublikasının keçid dövrü üzrə
prezidenti Əhməd əş-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci
sessiyasının tribunasından çıxışı zamanı bildirib.




“Ötən il dekabrın 8-dən, əvvəlki rejimin hakimiyyətdən
uzaqlaşdırıldığı vaxtdan bəri İsrailin Suriyaya qarşı təhdidləri
səngimir. İsrail Dəməşqdəki keçid dövründən istifadə edərək bölgəni
yeni münaqişələr riskinə məruz qoydu, lakin biz müharibə istəmirik
və mövcud böhrandan çıxmaq üçün dialoq və diplomatiyadan istifadə
edəcəyik”, – deyə o qeyd edib.

Əl-Şaraa diqqəti qonşu ölkənin siyasətinin beynəlxalq
ictimaiyyətin Dəməşqin yeni administrasiyası ilə bağlı tutduğu
mövqeyə zidd olduğuna diqqət çəkib.