
Bakı.
Türkiyə Superliqasında ilk turdan təxirə salınmış görüş baş
tutub.
Trend-in
məlumatına görə, “Kayserispor” öz meydanında “Beşiktaş”la
qarşılaşıb.
Sərgən Yalçının komandasının futbolçuları oyuna üstün
başlayıblar. Artıq 15-ci dəqiqədə Rafael Silva hesabı açaraq
qonaqları önə keçirib – 0:1. Rafa Silva 32-ci dəqiqədə dubl edərək
komandasının ikinci qolunu vurub.
Birinci hissəyə əlavə olunan ilk dəqiqədə Temmi Abraham fərqi üç
topa çatdırıb. 58-ci dəqiqədə isə Silva het-trik edərək hesabı
0:4-ə yüksəldib.

